Qara dənizdə bu gəmilər 7 sutkadır yanır – Video

547

Qara dənizdə içərisində sıxılmış qaz olan iki tanker artıq 7 sutkadır yanır.

Axar.az xəbər verir ki, yanğını toz və köpüklə söndürmək cəhdləri uğursuzluqla nəticələnib.

“Yanğın əvvəlki kimi davam edir. Gəmilər lövbər salıb. Gəmilərə su vurulması işləri aparılır”, – məlumatda deyilib.

Ekspertlər bu vəziyyətdə yeganə çıxış yolunun tankerlərdəki bütün qazın yanıb qurtarmasını gözləmək olduğunu vurğulayıblar.

Xatırladaq ki, yanvarın 21-də Kerç boğazında “Kandi” və “Maestro” adlı Tanzaniya bayrağı altında üzən iki gəmi göyərtədən göyərtəyə yanacaq ötürülərkən alışıb. Gəmilərdə ümumilikdə 32 nəfər olub. Aralarında Türkiyə vətəndaşlarının da olduğu ekipajın 12 üzvü xilas edilib, 10 nəfər həlak olub, 10 nəfər isə itkin düşüb.