“Qarabağ” yatağı üçün inşa edilən yeni dəniz özülünün dayaq blokunda işlərin 60 faizi yekunlaşıb

437

“Qarabağ” yatağı üçün inşa olunan yeni dəniz özülünün dayaq blokunda işlərin 60 faizi yekunlaşıb.

Bu barədə AZƏRTAC-a eksklüziv müsahibəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

“Qarabağ” yatağının neft və qaz ehtiyatları ilə bağlı gözləntilər böyükdür. Bu yataqda hasilat və qazma işlərinin aparılması üçün yeni dəniz özülü inşa edilir. Özülün dayaq blokunda işlərin 60 faizi artıq tamamlanıb. Eyni zamanda, layihə üzrə yekun mühəndisi layihələndirmə işləri aparılır. “Abşeron” və “Qarabağ” yataqlarından ilk məhsulun 2020-2021-ci illərdə əldə olunması proqnozlaşdırılır”, – deyə SOCAR-ın prezidenti qeyd edib.© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır