Türkiyə Aralıq dənizində neft və qaz axtarışına başlayacaq

74

Türkiyə Aralıq dənizində neft və qaz axtarışına başlayacaq.

Trend-in məlumatına görə, bunu Türkiyənin energetika və təbii resurslar naziri Fatih Dönməz deyib.

Nazir bildirib ki, tədqiqat işlərinin aparılması məqsədilə fevralın 20-də seysmik kəşfiyyat gəmisi göndəriləcək.

F.Dönməz vurğulayıb ki, hər il iki quyunun qazılması və seysmik kəşfiyyat işlərinin aparılması planlaşdırılır.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin 2019-cu ilin ortalarınadək Qara dənizdə neft və qaz axtarışından nəticə əldə edəcəyinə ümid etdiyi bildirilirdi.