Kerç boğazındakı Türkiyə gəmilərində yanğın davam edir

49
0

Qara dənizdə yanvarın 21-də qəzaya uğramış Türkiyə gəmilərində yanğın hələ də söndürülməyib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin “Milenyum Denizcilik Gemi” şirkətinə aid “Maestro” və “Kandi” gəmilərində yanğın üç həftədir davam edir.

Rusiya Dəniz və Çay Nəqliyyatı Federal Agentliyindən bildiriblər ki, Türkiyə şirkəti ilə əlaqə saxlanılır. Yanğının söndürülməsi üçün mütəmadi tədbirlər görülür.

Xatırladaq ki, yanğının maye qazın bir gəmidən digərinə ötürülməsi zamanı baş verdiyi ehtimal olunur. Hadisə nəticəsində iki gəmidə olan 31 dənizçidən yalnız 12 nəfəri xilas etmək mümkün olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır