2018-ci ildə “Şahdəniz” yatağının əsaslı xərcləri 2 dəfə azalıb

404

2018-ci ildə “Şahdəniz” yatağı üzrə fəaliyyətlərə 578 mln. ABŞ dollarından çox əməliyyat xərcləri çəkilib.

Bu barədə “Report” yatağın operatoru olan “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə yaydığı illik hesabata əsasən xəbər verir.

Məlumata görə, bu, 2017-ci ilin göstəriciləri ilə müqayisədə 127 mln. dollar və ya 28,16% çoxdur.

Ötən il ərzində yataq üzrə, təqribən, 1,44 mlrd. dollar əsaslı xərclər çəkilib ki, bu da daha əvvəlki ilin göstəriciləri ilə müqayisədə 1,44 mlrd. dollar və ya dəfə azdır.

Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aiddir.

Qeyd edək ki, “Şahdəniz” layihəsində BP (operator – 28,8%), “AzSD” (10%), “SGC Upstream” (6.7%), “Petronas” (15,5%), “LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.