“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nizamnaməsi və strukturunun təsdiq edilməsi barədə qərara dəyişiklik olunub

469

Nazirlər Kabineti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” 2014-cü il 24 yanvar tarixli qərara dəyişiklik edib.

“Report” xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədovimzalayıb.

“Peşə təhsili haqqında” 2018-ci il 24 aprel tarixli Qanunun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.2.30-cu yarımbəndində (Cəmiyyətin əsas məqsədləri və fəaliyyət istiqamətləri – kadr potensialının formalaşdırılması üçün ixtisaslaşdırılmış ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin təsis edilməsi və idarə olunması, habelə elmi-axtarış fəaliyyətinin həyata keçirilməsi;) “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəzlənib.

Daha əvvəl Nazirlər Kabineti “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.