Домой Dünyada Solomon adaları rayonunda ABŞ-a məxsus “Hornet” aviadaşıyıcısının qalıqları tapılıb

Solomon adaları rayonunda ABŞ-a məxsus “Hornet” aviadaşıyıcısının qalıqları tapılıb

25
0

İkinci Dünya müharibəsi zamanı Sakit okeanın cənubunda batırılan “Hornet” aviadaşıyıcısı tədqiqatçılar qrupu tərəfindən aşkar edilib.

AZƏRTAC xəbər verir ki, aviadaşıyıcının qalıqları Solomon adalarının şərqində, təqribən 5400 metr dərinlikdə tapılıb.

Bildirilir ki, aviadaşıyıcının inşası 1941-ci ilin oktyabrında, Sakit okeanda hərbi əməliyyatlar ərəfəsində başa çatdırılıb. 1942-ci ilin aprelində aviadaşıyıcıda yerləşən 16 B-25 bombardmançı təyyarəsi ilk dəfə Yaponiya adalarına hücum uçuşlarını həyata keçirib.

Aviadaşıyıcı, həmçinin Miduey mərcan adası və Solomon adaları rayonlarındakı döyüş əməliyyatlarında iştirak edib.

1942-ci ilin oktyabrında “Hornet” gəmisinə yapon aviasiyasının həmləsi nəticəsində ciddi zərər dəyib və heyət onu tərk etdikdən sonra o, batırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

ОСТАВЬТЕ ОТВЕТ

Please enter your comment!
Please enter your name here