Yaponiya Ticarət Evi və daha iki böyük maliyyə institutu ekoloji cəhətdən təmiz enerjinin istifadəsi perspektivlərinə böyük ümid bəsləyir.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, həmin şirkətlər sahil zonalarında külək energetikasının inkişafı məqsədilə birgə investisiya layihələrinə başlamaq niyyətindədirlər.
“Sumitomo Corporation” ticarət şirkəti, həmçinin “Sumitomo Mitsui Banking Corporation” maliyyə şirkəti və hökumətlə əlaqəsi olan Yaponiya İnkişaf Bankı bu ayın sonunadək yeni fond təsis etməyi planlaşdırırlar. Həmin şirkətlərin sahil zonalarda külək energetikasının inkişafına xidmət edəcək layihəyə 30 milyard yen (təqribən 270 milyon dollar) yatırmaq niyyətində olduqları bildirilir.
İlk belə “külək ferması”nın Böyük Britaniya sahillərində quraşdırılması nəzərdə tutulur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır