Qatı duman İstanbulda dəniz reyslərini saxladı

405

İstanbul akvatoriyasında qatı duman və güclü küləklə əlaqədar dəniz reysləri təxirə salınıb.

Trend-in məlumatına görə, reyslərin təxirə salınması barədə Türkiyənın Dəniz nəqliyyatının idarə edilməsi üzrə təşkilatından bildiriblər.

Eyni səbədən Bursada da dəniz reyslərinin dayandırıldığı bildirilir. Hər iki şəhərdə əlverişsiz hava şəraitinin günün sonunadək davam edəcəyi proqnozlaşdırılır.