Birinci Xəzər İqtisadi Forumunun veb-səhifəsi istifadəyə verilib

429

Türkmənistanda keçiriləcək Birinci Xəzər İqtisadi Forumunun veb-səhifəsi (“cefavaza2019.gov.tm”) istifadəyə verilib. Səhifə türkmən, rus və ingilis dillərində fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, saytda Xəzəryanı ölkələrin iqtisadi əməkdaşlığının genişləndirilməsində, eləcə də tədbirin gündəliyi, onun təşkili prosedurunu da əhatə edən konsepsiyanı genişləndirmək məqsədilə forum barədə məlumata yer verilib. Forumun proqramı beynəlxalq konfrans, Xəzər innovasiya texnologiyaları sərgisi və hüquqi hissə, yəni müqavilələrin imzalanmasından və digər hissələrdən ibarətdir.

Konfrans iştirakçıları böyük layihələrin həyata keçirilməsi üçün şəraitin yaradılması, sahilyanı ölkələrdə müxtəlif sənaye sahələrinin investisiya cəlbediciliyi, rəqəmsal iqtisadiyyatda əməkdaşlıq və sair kimi məsələləri müzakirə edəcəklər.

Xəzəryanı ölkələrin nümayəndə heyətlərindən başqa, Xəzər regionunun yaxınlığında yerləşən beynəlxalq təşkilatlar və ölkələrin nümayəndələri də Birinci Xəzər İqtisadi Forumunda iştirak etmək üçün dəvət olunurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır