Türkiyə qazma gəmiləri Kipr sularında işlərə başlayacaq

457

Türkiyənin iki qazma gəmisi yaxın günlərdə Kipr sularında işlərə başlayacaq.

“Report”un “Anadolu” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, bununla da rəsmi Ankara qeyd edilən rayonda kəşfiyyat işlərinin ancaq Türkiyənin icazəsi ilə aparıldığını nümayiş etdirəcək.

“Bunu xarici neft-qaz şirkətləri özləri də başa düşməlidir. Türkiyə Aralıq dənizində onun maraqlarına zidd olan hərəkətlər etməyə icazə verməyəcək”, – deyə M.Çavuşoğlu qeyd edib.