Qalapaqos adalarında böyüklüyünə görə sayca üçüncü olan Fernandina adasında “Chelonoidis Phantasticus” tısbağa növünün ən böyük dişi növü aşkar edilib. Bu növ son 100 ildə nəsli kəslmiş hesab edilib.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.
Tədqiqatçılar belə tısbağanı soncu dəfə 1906-cı ildə görüblər.
Nadir heyvan növünü yerli “Galapagos Conservancy” Milli Parkı və Ekoloji Təşkilatı tərəfindən təşkil olunmuş ekspedisiya üzvləri aşkar ediblər.
Bu gün Qalapaqos adalarında 11 növ nəhəng çanaqlı bağa yaşayır.