Mayeləşdirilmiş təbii qazın (LNG) qlobal bazardakı payı boru kəməri qazından daha çox olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.
“ABŞ-da şist qazının istehsalı elə səviyyəyə çatıb ki, daxili tələbatı tam ödəyir, hətta ixrac da edilir. Qətərin yeni planlarına nəzər yetirdikdə LNG-də mühüm irəliləyişlər görürük. Bu da onu göstərir ki, dünya daha çox qazla təmin olunacaq. LNG-nin bazardakı payı boru kəməri qazından daha çox olacaq”, – deyə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru qeyd edib.
Onun sözlərinə görə, kömürə tələbatda da artım var. Xüsusilə də Asiya bazarında. Qiymətin də təxminən 90 dollar civarında dəyişməsi isə dünyada hələ də kömürə tələbatın olduğunu göstərir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır