Dənizçilərdən “Xocalıya ədalət” kampaniyasına dəstək – FOTOLAR

53

Xocalı soyqırımının tanınmasına istiqamətlənmiş, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbəri olduğu “Xocalıya ədalət” kampaniyasına “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətininin (ASCO) əməkdaşları da qoşulub.Azvision.az -ın məlumatına görə, ASCO-nun həm xarici sularda, həm də Xəzərdə üzən gəmilərinin heyət üzvləri Xocalıya ədalət tələb edirlər. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilib. 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Xankəndidə yerləşən 336-cı motoatıcı alayın iştirakı ilə silahsız və müdafiəsiz Xocalı şəhərinə hücum edib. Erməni silahlı qüvvələrinin dörd tərəfdən əhatəyə aldığı şəhərdə yanğınlar törədilib. Şəhərin müdafiəçiləri və yerli əhali alov içində olan şəhəri tərk etmək məcburiyyətində qalıb. Fevralın 26-da şəhər erməni işğalçıları tərəfindən zəbt olunub.