Türkiyə donanması tarixinin ən böyük təlimlərinə başlayıb

448

Türkiyə Hərbi Dəniz Qüvvələri respublika tarixində ilk dəfə ölkəni çevrələyən üç dənizdə 103 gəminin iştirakı ilə eyni zamanda dəniz təliminə start verib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, təlimə “Mavi Vətənn 2019 Təlimi” adı verilib.

Təlim Anadolu yarımdasını əhatə edən üç əsas dəniz Qara, Egey və Aralıq dənizlərində eyni zamanda həyata keçirilir. Təlimin məqsədi müxtəlif ssenarilər əsasında coğrafiyaya uyğun şəkildə Türkiyə donanmasının birlik, gəmi və digər vasitələrinin hazırlıq səviyyəsini artırmaqdır. Onun üçün NATO təlim planlaşdırma standartlarına uyğun formada 6 aylıq bir plan müddəti hazırlanıb.

Təlimdə iştirak edəcək gəmilər arasında 13 freqat, 6 korvet, 16 hücum qayığı, 7 sualtı qayıq, 7 mina gəmisi, 17 köməkçi, 14 mühafizə, 22 desant və 1 təlim gəmisi var. Gəmilərlə yanaşı dəniz mühafizə təyyarələri, dəniz helikopterləri, PUA-lar, SAT, SAS tapşırıq komandaları, amfibik dəniz piyada taborları, çoxməqsədli və hücum helikopterləri də təlim boyunca istifadə ediləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır