İsveç Silahlı Qüvvələrinin kateri hərbi təlimlər zamanı saya oturub

373

İsveç Silahlı Qüvvələrinin kateri hərbi təlimlər zamanı saya oturub. Nəticədə yeddi hərbi qulluqçu yaralanıb.

AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, hadisə Stokholm arxipelaqı rayonunda baş verib.

Müxtəlif dərəcəli xəsarətlər almış hərbi qulluqçular qayıqla sahilə çıxarılıb, burada onları təcili tibbi yardım maşınları qarşılayıb. Ciddi xəsarət almış iki hərbi qulluqçu hərbi helikopterlə yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Yerli KİV-lərin verdiyi məlumata görə, hadisə baş verərkən qayıqda olmuş 18 hərbi qulluqçudan 11-i xəsarət almayıb.

İsveç Silahlı Qüvvələrində bu hadisə ilə əlaqədar təhqiqat başlanıb. Hərbi katerin saya oturmasının səbəbi hələ göstərilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır