Pakistan hərbçiləri Hindistanın sualtı qayığının ölkə ərazisinə keçməsi cəhdinin qarşısını alıb

37

Pakistan Hindistanın sualtı qayığının onun sərhədini pozmağa cəhd etdiyini bildirib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin nümayəndələri bildiriblər.

Hərbçilər qeyd ediblər ki, ölkənin Hərbi Dəniz Qüvvələri sərhəd yaxınlığında Hindistanın sualtı qayığını aşkarlayıblar. Hərbi Dəniz Qüvvələri hind sualtı qayığının ölkə ərazisinə keçməsi cəhdinin qarşısını alıb.

Qeyd edilir ki, Hərbi-Dəniz Qüvvələri sualtı qayığı Pakistan sularından qovaraq uzaqlaşdırıb və sərhəd pozuntusunun qarşısını müvəffəqiyyətlə alıb. 

Daha əvvəl Pakistan yüzlərlə ailəni Hindistanla sərhədyanı Azad Kəşmir bölgəsindən köçürüb. Hökumət Kəşmirdə hüdud xəttində silahlı qarşıdurmanın dinc sakinlərə təhlükə yarada biləcəyindən ehtiyat edir.