Dəniz quldurları İran tankerinə hücum ediblər

102

İran Hərbi-Dəniz Qüvvələri Babül-Məndəb boğazında dəniz quldurlarının ölkəyə məxsus neft tankerinə hücumunu dəf edib. 

«RİA Novosti»nin məlumatına görə, 11 ədəd qayıqda hərəkət edən silahlı quldurlar göyərtəsində 150 min ton neft olduğu bildirilən tankeri ələ keçirməyə cəhd edib.

Lakin İran Hərbi Dəniz Qüvvələrinin 60-cı donanmasının operativ müdaxiləsi nəticəsində hücumun qarşısı alınıb.