Səudiyyə Ərəbistanı Qırmızı dənizdə nəhəng qaz yataqlarının aşkar olunduğunu bildirib

369

Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Fatih Qırmızı dənizdə nəhəng qaz yataqlarının aşkar olunduğunu elan edib.

Bu barədə Trend “Əl-Ərəbiyə” telekanalına istinadən xəbər verir.

Nazir digər təfərrüatları açıqlamayıb. O yalnız qeyd edib ki, “Saudi Aramco” şirkəti ABŞ-da bir sıra MTQ layihələri və Cənubi Afrikada neft-kimya sahəsi üzrə investisiyaları nəzərdən keçirir.