Türkiyə və Rusiya Qara dənizdə birgə hərbi təlim keçirib

353

Türkiyə ilə Rusiya Qara dənizdə birgə hərbi təlim keçirib.

“Report” “RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Qara Dəniz Donanmasının İnformasiya təminatı bölməsinin rəisi, ikinci dərəcəli kapitan Aleksey Rulyov bildirib.

Onun sözlərinə görə, təlimdə Rusiyanın Qara dəniz Donanmasının Novorossiysk hərbi bazasının “Vasili Bıkov” patrul və “Valentin Pikul” dəniz minaaxtaran gəmisi, Türkiyənin isə “Burgazada” kateri və “Akçay” minaaxtaran gəmisi iştirak edib.

Qeyd edək ki, martın 6-da Türkiyə Hərbi Dəniz Qüvvələrinin iki gəmisi Novorossiysk limanına işgüzar səfər edib.