Yaponiyada sürətli bərənin dəniz heyvanı ilə toqquşması nəticəsində xəsarət alanlar var

431

Martın 9-da Yapon dənizində, Niiqata prefekturasının yaxınlığında sürətli bərənin böyük dəniz heyvanı ilə toqquşması nəticəsində azı 87 nəfər xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Göyərtəsində 120 sərnişin olan bərə Niiqata limanından Sado adasına yola düşüb. Adaya çatmağa az qalmış sürətlə hərəkət edən bərə sualtı obyektlə toqquşub. Bunun yaxınlıqda üzən balina olduğu güman edilir. Nəticədə göyərtədə olan sərnişinlərin böyük əksəriyyəti müxtəlif dərəcəli xəsarətlər alıblar.

Bərənin özü də xəsarət alıb. Belə ki, adaya çatdıqdan sonra onun göyərtəsində 15 santimetrlik çatın əmələ gəldiyi və sualtı qanadların əzildiyi məlum olub.© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır