Домой Dünyada Özbəkistan dünyanın iri limanlarında nümayəndəliklər açacaq

Özbəkistan dünyanın iri limanlarında nümayəndəliklər açacaq

34
0

Özbəkistan dünyanın iri limanlarında öz nümayəndəliklərini açacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistan Sərnişin və Yük Daşımaların İnkişafı üzrə Yol Xəritəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, Xəzər, Qara, Aralıq dənizləri və İran körfəzi akvatoriyasının limanlarında və transkontinental dəniz qovşaqlarında nümayəndəliklər, habelə frant-ofisləri, yükləmə-boşaltma ilə məşğul olan şirkətlərin yaradılması nəzərdə tutulur.

Bu istiqamətdə işlərə iyun ayının 1-dən başlanılacaq. Ölkənin İnvestisiyalar və Xarici Ticarət Nazirliyi və Ticarət-Sənaye Palatası bu işlərə nəzarət edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

ОСТАВЬТЕ ОТВЕТ

Please enter your comment!
Please enter your name here