Rusiya Britaniya sahillərində yeni silahı sınaqdan keçirdi

320

Ötən gün martın 10-da Rusiya Hərbi Dəniz Qüvvələrinin “Admiral Qorşkov” freqatı Şotlandiyanın Hərbi Hav Qüvvələrinin yeganə bazasının yaxınlığında yeni silahı sınaqdan keçirib. Virtualaz.org xəbər verir ki, bu silah insanlarda ürəkbulanma, korluq və qallusinasiya yaradır.

 “5P-42 Filin” vizual-optik siqnal qarışdırma stansiyası ilə təchiz edilmiş gəmini izləmək üçün Böyük Britaniya donanması öz hərbi gəmisini və üç köməkçi gəmini göndərib.

“5P-42 Filin” kompleksi yüksək intensivlikli işıq şüalarının köməyi ilə rəqibi kor edir və çaşdırır. Habelə ürəkbulanmasına, baş gicəllənməsinə səbəb olur. Silahı sutkanın gecə saatlarında da istifadə etmək olar. Onun təsir dairəsi 2 kilometrdir.