Çin Helsinki-Tallin sualtı tunelinin tikintisinə pul ayırır

397

Çin Estoniya ilə Finlandiyanı birləşdirəcək sualtı tunelin inşasına 17 milyard dollar vəsait ayırmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, dünyanın ən uzun sualtı tuneli olacaq layihənin icrasına 2020-ci ildə başlanılıb 2024-cü ildə yekunlaşdırılması nəzərdə tutulub. Fin körfəzindən keçərək Helsinkidən Tallinə uzanacaq 103 kilometrlik ikitərəfli tuneldə qatarlar hərəkət edəcək.

Planlaşdırılıb ki, həm yük, həm sərnişin daşımaları həyata keçirəcək qatarlarda bir tərəfə gediş haqqı 50 avro təşkil edəcək. Hazırda iki ölkə arasında su və hava nəqliyyatı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır