Çində iki gəmi toqquşub, 12 nəfər itkin düşüb

359

Çərşənbə axşamı səhər Çinin şərqi Çjetszyan əyaləti sahillərində iki gəmi toqquşub.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər itkin düşüb.

Qəza Dayşan qəzası hövzəsində olub. Limana qayıtmaqda olan balıqçı gəmisi digəri ilə toqquşub. Nəticədə 14 balıqçı suya düşüb. Onlardan ikisi xilas edilib, qalanları isə hələlik itkin düşmüş hesab edilir.

Ərazidə axtarış-xilasetmə işlərinə başlanılıb. Qəza yerinə bir neçə xilasetmə gəmisi göndərilib. Axtarışa vertolyot da cəlb olunub.