Домой Dünyada Azərbaycanlı kapitan Bosfor boğazını bağlayası olmadı

Azərbaycanlı kapitan Bosfor boğazını bağlayası olmadı

50
0

İstanbulda həbs qoyulmuş “Streamline” gəmisinin azərbaycanlı kapitanı Bəhman Bağırov Bosfor boğazını bağlamaq “qərarından” daşınıb.  

Bu barədə “REN TV” məlumat yayıb.

Bağırovun bu qərarından daşınmasını heyət üzvlərinə hər hansı xətər gəlməsini istəmədiyi ilə əsaslandırıb.  

“Məni məsuliyyətə cəlb edə bilərlər, ekipaj üzvlərinə xətər dəyə bilər, ona görə bu niyyətimdən daşındım”, – deyə kapitan bildirib.

Xatırladaq ki, ötən gün Bəhman Bağırov gəmiyə sahib olan şirkətin (“Akca Shipping”) rusiyalı dənizçilərə əvəz tapıb, onların  maaşlarını verməyəcəyi təqdirdə (maaş üzrə yığılan borcun 123 min dollardan çox olduğunu iddia edirdi  – red.)  Bosfor boğazını bağlayacağını bildirmişdi.

“Streamline” 2018-ci ilin iyun ayından bəri İstanbul limanındadır və keçmiş gəmi sahibinə olan borca görə limanı tərk edə bilmir.

ОСТАВЬТЕ ОТВЕТ

Please enter your comment!
Please enter your name here