Türkiyənin Balıkəsir bölgəsindəki Mərmərə adası sahillərində “Yusuf Celal” adlı quru yük gəmisi saya oturub.
AZƏRTAC xəbər verir ki, fırtına səbəbindən sahildən 50-60 metr aralıda idarəolunmaz hala düşən gəmidə xilasetmə işlərinə başlanılıb. Yeddi ekipaj üzvü sahilə çıxarılıb. Onlardan biri yaralı olaraq xəstəxanaya çatdırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır