Xəzərdə 21 min tondan artıq kilkə ovlanıb

516

Ötən il Xəzər dənizində kilkə balığı ovu 2017-ci illə müqayisədə 13% artıb.

Trend-in məlumatına görə, bunu İranın Balıqçılıq Təşkilatının ov və ovçuluq idarəsinin baş direktoru Muxtar Axundi deyib.

M.Axundinin sözlərinə görə, qeyd olunan müddət ərzində 21 min tondan çox kilkə balığı ovlanıb. 2017-ci ildə isə 18,6 min ton kilkə balığı ovlanıb.

Xəzər dənizində balıq ovunun inkişaf etdirilməsi ilə hər hansı proqramın olmadığını bildirən M.Axundi deyib ki, Balıqçılıq Təşkilatının Xəzər dənizindəki məqsədi ehtiyatları qorumaqdır.

Təşkilat rəsmisi aprel ayının əvvəllərində və payızda balıq ovunun dayandırıldığını bildirib.