Misir dənizçiləri iki Fransa vətəndaşını xilas edib

72

Misirin hərbi dənizçiləri Qırmızı dənizdə batan yaxtadan iki Fransa vətəndaşını xilas edib.

AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, ölkənin Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, onların gəmisinin yerləşdiyi ərazidə yelkənli yaxtadan SOS siqnalı alıb və dərhal özlərini hadisə yerinə çatdırıblar. Artıq batmış olan yaxtadan iki fransız turisti xilas etmək mümkün olub.

Gəminin batmasına səbəb dənizdə güclü küləyin əsməsi olduğu bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır