Çinli tələbələr sularda pilotsuz zibiltəmizləyən gəmi hazırlayıblar

362

Çinin Sianya politexnik universitetinin tələbələri (Şensi əyaləti) məsafədən idarə olunaraq suda təmizlik aparan gəmi hazırlayıblar. Gəmi bir reys ərzində o, 25 kq-a qədər zibil toplaya, səkkiz saata qədər enerji ehtiyatı saxlaya bilir. Bu barədə “Sinxua” informasiya agentliyi xəbər verir.

“Bizimyol.info xəbər verirki, pilotsuz gəmi elektrik enerjisi ilə işləyir. Onun uzunluğu 1,6 metr, Eni 1,3 metr, hündürlüyü isə 0,9 metrdir. O irəli-geri hərəkət edir, dönmə və digər manevrlər etmə xüsusiyyətlərinə qadirdir. Bundan başqa, avtomatik ultrasəs radar sistemi sayəsində maneələrdən yayına bilir. Gəminin mühərrik hissəsində iki kiçik həcmli manipulyator quraşdırılıb. Yığılmış zibili qayığın gövdəsidə olan qablara toplanır.

Doktorluq dissertasiyası yazan – ixtiraçı Çju Tsyanın: “Qayıq kimi 25 kq zibil toplamağa qadirdir – bu da təxminən üç nəfər-süpürgəçinin gördüyü işi bacarır”, – deyə bildirib.

Mühəndis qeyd edib ki, dörd saat müddətində enerji doldurulmuş pilotsuz gəmi enerji ehtiyatı ilə səkkiz saata qədər fasiləsiz işləyə bilər. İxtiraçının sözlərinə görə, qayıq zibil toplanması ilə yanaşı, gələcəkdə çirklənmə mənbələrinin aşkar edilməsi, suyun keyfiyyətinin monitorinqi və digər avadanlıqla təchiz oluna bilər.

Pilotsuz-zibilyığanın Çinin materik hissəsində – Ninbo, Sian kimi şəhərlərin ərazilərindəki göllərdə və çaylarda suların təmizlənməsi üçün istifadə ediləcəyi gözlənilir. Gəmi həm ölkə daxıli, həm də xarici alıcıların diqqətini cəlb edib. İxtiraçıları belə qayıqların kütləvi istehsalı üçün şirkət təsis ediblər.