İranda 153 konteyner yüklü gəmi batıb

110

İranın cənubundakı Hürmüzgan əyalətində yerləşən Şəhid Rəcayi limanında kimyəvi maddə daşıyan 153 konteyner yüklənmiş gəmi batıb.

AZƏRTAC xəbər verir ki, bu məlumatı İran dövlət televiziya kanalı yayıb. Bildirilir ki, 90 metr uzunluğunda olan yük gəmisi konteynerlərin limana boşaldıldığı vaxt batıb. Ağır yüklərin dənizə düşməsi nəticəsində yaranan çaxnaşma vaxtı özünü suya atan bir dənizçinin də yaralandığı xəbər verilir.

İran televiziyasının məlumatında gəminin qısa bir müddətdə batdığı da qeyd olunub. İran Dənizçilik və Liman İdarəsinin rəhbərinin müavini Hadi Hakşinas deyib ki, gəminin batmasının səbəbi yükboşaltma əməliyyatı zamanı heyət tərəfindən buraxılan nöqsanlardır. Onun sözlərinə görə, dənizə düşən konteynerlərin çıxarılması üçün tədbirlər görülür. Hakşinas əlavə edib ki, Komor adaları bayrağı ilə üzən yük gəmisinin 14 nəfərlik heyətinin hamısı Hindistan vətəndaşıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır