“Türk axını” boru kəmərinin dəniz və sahilyanı seksiyalarını birləşdirən son borunun qaynağı aparılıb

394

“Türk axını” boru kəmərinin (“TurkStream”) dəniz və sahilyanı seksiyalarını birləşdirən son borunun qaynağı aparılıb.

AZƏRTAC “TurkStream” saytına istinadla xəbər verir ki, bu qaynaq Rusiya təbii qazının Türkiyəyə nəqlini nəzərdə tutan “Türk axını” boru kəmərinin Qara dənizdə boru xətti sistemi üzrə bütün kompleks işlərin başa çatdığını göstərir.

Bu ərəfədə Serbiyanın dağ mədən və energetika naziri Aleksandr Antiç də bəyan edib ki, Belqrad “Türk axını” boru kəmərinin Bolqarıstan-Macarıstan qolunun tikintisini təsdiq edib və cari ilin aprelindən müvafiq işlərə başlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır