Qəzaya uğrayan “Vikings Sky” səyahət gəmisində Qazaxıstan vətəndaşları da var

426

Norveçin qərb sahillərində mühərriklərinin dayanması səbəbindən hərəkət etmək qabiliyyətini itirən “Vikings Sky” səyahət gəmisində Qazaxıstan vətəndaşları da var. Belə ki, gəminin göyərtəsindəki 1373 sərnişindən ikisinin Qazaxıstan vətəndaşı olduğu bildirilib.

Qəza fırtına səbəbindən baş verib. Gəmi mühərriklərdə yaranan problemlə əlaqədar hərəkət qabiliyyətini itirib. Sərnişinlərin təxliyəsi helikopterlərlə həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır