Türkiyə sahillərində miqrantları daşıyan qayıq batıb, ölənlər var

324

Egey dənizində, Türkiyə sahillərində Yunanıstanın Midilli adasında qeyri-qanuni yolla keçmək istəyən miqrantları daşıyan qayıq batıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, batan qayıqda 15 nəfər olub. Hadisə nəticəsində 4 nəfər həlak olub, 1 nəfər isə itkin düşüb. Qeyd edilir ki, ölənlərdən biri uşaq olub.

Xilas edilən 10 nəfər Ayvacık və Balıkesir xəstəxanlarına yerləşdiriliblər.