Cari ildə dəniz limanlarında 1 milyon tondan çox yükləmə-boşaltma işləri görülüb

407

Yanvar-fevral aylarında dəniz limanlarında 1 milyon 368 min 500 ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yüklərin 1 milyon 217 min 700 tonunu və ya 89 faizini tranzit yüklər təşkil edib. Martın 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 39,3 min ton olub.

Ötən iki ay ərzində dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 66,7 faiz artaraq 2,5 min nəfər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır