Домой Dünyada Malta ordusu liviyalı miqrantların qaçırdığı Türkiyə tankerini azad edib

Malta ordusu liviyalı miqrantların qaçırdığı Türkiyə tankerini azad edib

24
0

Malta ordusunun xüsusi təyinatlılarının keçirdiyi əməliyyat nəticəsindəTürkiyədən Liviyaya üzən quru yük gəmisi miqrantlardan geri alınıb. Dünən səhər saatlarında gəmi Maltanın Valletta limanına gətirilib.

Mattın 22-də Palau bayrağı altında Türkiyənin Tuzla limanından Aralıq dənizinə çıxan “Elhiblu-1” quru yük gəmisi   Liviya və İtaliya sahilləri arasında 108 miqrantı xilas edib. Gəmi heyəti 5 nəfərdən ibarət olub. Daha sonra miqrantlar Liviyaya qayıtmaqdan imtina edərək üsyan qaldırıb və gəmidə nəzarəti ələ keçiriblər.

Gəminin ələ keçirilməsindən xəbər tutan Malta hakimiyyəti onun sahilə yan almasına imkan verməyəcəyini bəyan edib. İtaliyanın baş naziri Matteo Salvini də tankeri azad etməyə çağırış edərək İtaliya limanlarının gəmini qəbul etməyəcəyini bildirib. Baş nazir deyib: “Bunlar kasıb miqrantlar yox, dəniz quldurlarıdır. Onlar İtaliyanı yalnız binoklla görə bilərlər”.

Martın 28-də Malta ordusunun keçirdiyi xüsusi əməliyyat nəticəsində gəmi və heyət azad olunub.

ОСТАВЬТЕ ОТВЕТ

Please enter your comment!
Please enter your name here