Hindistanın Azərbaycana təyin olunmuş yeni səfiri Bavitlunq Vanlalvavna Bakı Limanına tanışlıq səfəri edib.
DenizXeber.az xəbər verir ki, Bakı Limanının baş direktor Taleh Ziyadov səfiri ölkəmizdə fəaliyyətə başlaması münasibəti ilə təbrik edib.
Daha sonra Taleh Ziyadov limanın inkişaf konsepti, Asiya ölkələri, həmçinin Hindistanla artan ticarət əlaqələrinə mühüm əhəmiyyət verildiyini bildirib.
Səfir Bavitlunq Vanlalvavna bir ay əvvəl Azərbaycanda fəaliyyətə başladığını və ilk səfərini Bakı Limanına etdiyini vurğulayıb.
Diplomat Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Hindistanla Azərbaycanın böyük ticarət potensialına malik olduğunu bildirib.
Daha sonra qonaq Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanının əməliyyat imkanları ilə əyani tanış olub.