Домой Dünyada “Hər biriniz böyük Azərbaycansınız” – Mənsimov tələbələrlə görüşdü – FOTO/VİDEO

“Hər biriniz böyük Azərbaycansınız” – Mənsimov tələbələrlə görüşdü – FOTO/VİDEO

25
0

Xəbər verdiyimiz kimi, “Palmali” şirkəti Türkiyədə təhsil alan 100 azərbaycanlı tələbəyə təqaüd verəcək.

Yenicag.az-ın məlumatına görə, artıq siyahıya daxil edilən tələbələrlə görüş keçirilib, onlarla müqavilələr imzalanıb.

Tədbirdə şirkətin prezidenti Mübariz Mənsimov da iştirak edib.

Sözügedən tədbirdə çıxış edən Mənsimov, gənclərlə keçirdiyi anları ömrünün ən rəngli saatları adlandırıb:

“Sizlər Azərbaycanın gələcəyisiniz. Həyatda uğur qazanmağınız üçün ən önəmli şey təhsildir. Sizin hər birinizin borcu Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemini qabartmaqdır. Sizdən gözləntimiz vətəninizi ən gözəl şəkildə təmsil etməkdir. Sizinlə keçirtdiyimiz anlar ömrümüzün ən rəngli saatlarıdır. İnanıram ki, bundan sonra uzun müddət bərabər addımlayacağıq.

Biz mühəndis, həkim, müəllim, iş adamı olaraq, xaricdə Azərbaycanı təmsil edirik. Azərbaycan adını uca tutmaq ən ümdə vəzifəmiz olmalıdır. Azərbaycan ərazi baxımından kiçik ola bilər. Əsrlərlə işğallara məruz qaldığımız üçün Böyük Azərbaycandan bizə qalan hazırkı torpaqlarımızdır. Ancaq sizin hər biriniz Böyük Azərbaycansınız, bu böyük torpağın parçalarısınız”.

ОСТАВЬТЕ ОТВЕТ

Please enter your comment!
Please enter your name here