NATO-nun hərbi gəmiləri Gürcüstana gəlir

46

NATO-nun hərbi gəmiləri gələn həftə Gürcüstanın Poti limanına daxil olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Polşanın Gürcüstandakı səfirliyi öz “Twitter” səhifəsində məlumat yayıb.

Məlumatda deyilir ki, NATO-nun ikinci daimi hərbi-dəniz qruplarına daxil olan hərbi gəmilər Dardanel və Bosfor boğazlarından keçərək Qara dəniz akvatoriyasına daxil olub. Hərbi gəmilərdən ibarət qrupa Niderlandın “Evertsen”, Kanadanın “Toronto”, İspaniyanın “Santa Mariya”, Türkiyənin “Qelibolu” və Fransa Hərbi Dəniz Donammasının yardımçı “Var” gəmisi daxildir.

Bu gəmilər Gürcüstan və Ukraynadan olan tərəfdaşları ilə “Dəniz sipəri” (Sea Shield”) əməliyyatlarında iştirak edəcək.

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Donald Kuk” bu il yanvarın sonlarında Batumi limanına gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır