Britaniya Qərbi Hind adalarında miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində azı 10 nəfər həlak olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə adaların hüquq-mühafizə orqanları “Facebook” səhifəsində bildirib.
“Qeyri-leqal miqrantları daşıyan gəminin çevrilməsindən sonra xilasetmə əməliyyatı aparılır. 13 nəfər xilas edilib, sudan 10 cəsəd çıxarılıb”, – deyə xəbərdə bildirilib.
Hazırda gəminin sərnişinlərinin dəqiq sayı müəyyənləşdirilir.