Çində yük gəmisində yanğın baş verib, ölənlər var

46

Çində Yantzı çayında yük gəmisində baş verən yanğında 2 nəfər ölüb.

AZƏRTAC Çinin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saatlarında baş verib. Hadisə yerinə gələn yardım qüvvələri 15 nəfər xilas edə bilib.

Hazırda hadisə yerində yanğınsöndürən briqadalar və xilasedicilər çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır