Nigeriya dəniz quldurları ukraynalıları girov götürüblər

405

Kamerun gəmisi Nigeriya dəniz quldurları tərəfindən hücuma məruz qalıb, Ukrayna dənizçiləri girov götürülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Dəniz İnformasiya Mərkəzi məlumat yayıb.

Dəniz quldurları gəmidə olan bütün qiymətli malları götürüblər, gəminin 4 ekipaj üzvünü əsir kimi naməlum istiqamətə aparıblar. Ekipaj üzvləri arasında ukraynalılar da var. Baş verən hadisə ilə bağlı Ukrayna Xarici İşlər Nazirliyi məlumatlandırılıb.

Onların əsirlikdən azad edilməsi istiqamətində işlər aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır