Rumıniya NATO-nun Qara dənizdə ən böyük təlimlərinə ev sahibliyi edəcək

66

Rumıniya hərbi-dəniz qüvvələri aprelin 5-dən 13-nə kimi ölkənin ərazi sularında və Qara dənizin beynəlxalq sularında keçiriləcək ən böyük “Sea Shield-19” beynəlxalq təlimlərinə start verəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərdə 14 rumın və 6 Bolqarıstan, Kanada, Yunanıstan, Hollandiya və Türkiyə hərbi gəmisi iştirak edəcək. Bundan əlavə, Rumıniya hava qüvvələri tərəfindən Miq-21, F-16 təyyarələri, ABŞ və Türkiyədən iki dəniz patrul təyyarəsi iştirak edəcək. Ümumiyyətlə təlimlərə 2 min 200 hərbçi cəlb olunacaq. Onlar sualtı, səth və hava təhlükələrinə qarşı kompleks tədbirlər görəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır