Домой Dünyada Norveç Neft Fondu külək və günəş energetikası ilə bağlı layihələrə milyardlarla dollar...

Norveç Neft Fondu külək və günəş energetikası ilə bağlı layihələrə milyardlarla dollar sərmayə qoyacaq

27
0

Norveç Dövlət Pensiya Fondunda neft və qaz satışından əldə edilən və bu fondda toplanan milyardlarla dollar izafi gəlirləri külək və günəş energetikası ilə bağlı layihələrə sərmayə qoyacaq.

AZƏRTAC “Qardian” qəzetinə istinadla xəbər verir ki, bu qərar Səudiyyə Ərəbistanı Neft Fondunun son neft və qaz aktivlərini satması fonunda qəbul edilib. Neftdən alınan mənfəət hesabına yaradılan digər milli fondlar bərpaolunan enerji mənbələrinə sərmayə qoyuluşunu artırırlar. Bu, o deməkdir ki, qazıntı şəklində yanacaq hesabına varlanmış ölkələr öz investisiya fəaliyyətini şaxələndirir və hesab edirlər ki, iqlim dəyişmələrinə qarşı mübarizə üçün zəruri olan təmiz enerji gələcəkdə daha bir mənfəət mənbəyi ola bilər.

Analitiklər qeyd edirlər ki, belə investisiyalar “yaşıl enerji” artımını sürətləndirəcəkdir. Aprelin 5-də Norveç hökuməti fond bazarlarında təklif edilməyən bərpaolunan enerji mənbələri sahəsində layihələrə sərmayə qoyulmasına razılıq verib. Fond bərpaolunan energetika sahəsinə bundan əvvəl də sərmayə yatırırdı, lakin indi fondun “yaşıl layihələr”ə sərmayə qoya biləcəyi məbləğ ikiqat artırılaraq 14 milyard dollara çatdırılıb.

Norveç Milli Rifah Fondu enerji daşıyıcılarının qiymətlərinin bu fondun maliyyə göstəricilərinə təsirini azaltmaq məqsədilə mart ayında neft və qazın kəşfiyyatı və hasilatı ilə məşğul olan şirkətlərdə öz paylarını satmağı qərara aldığını elan edib. Fond neft və qazın kəşfiyyatı ilə məşğul olan 134 şirkətdə ona məxsus, ümumi məbləği 8 milyard dollara yaxın olan paylarını satıb.

Bununla belə, fond bərpaolunan enerji bölmələrinə malik olan Shell və BP kimi neft firmalarında öz paylarını saxlayır. Cümə günü Norveç hökuməti bunu da elan edib ki, fond çoxsaylı kömür şirkətlərində öz paylarını da satacaq. Həmin şirkətlər üçün ehtiyatların yeni limiti 20 milyon ton həcmində müəyyən edilib. Nəticədə fondun Glencore və RWE kimi nəhənglərə sərmayələri dayandırıla bilər. 2015-ci ildə fond kömür hasilatı ilə məşğul olan şirkətlərdə özünün 6,5 milyard dollara bərabər payını satıb.

Norveç Pensiya Fondunun baş direktoru Sverre Torns deyib: “Bu, fondun və planetin sağlamlığı üçün atılan mühüm addımdır. Çox ehtimal ki, bu addım sayəsində bazar daha sürətlə genişlənəcək. Keçən il bərpaolunan enerji mənbələrinin infrastrukturunun ümumi gəlir göstəricisi 11 faizə yaxın olub. Hazırda biz təhlükəli və dağıdıcı yoldayıq. Təmiz enerji bizi bu yoldan uzaqlaşdıracaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

ОСТАВЬТЕ ОТВЕТ

Please enter your comment!
Please enter your name here