ADDA-da Əmniyyətli idarəetmə haqqında Beynəlxalq Məcəlləyə giriş mövzusunda seminar keçirilib

1482

“Azərbaycan Xəzər Dəniz Gəmiçilyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri üçün “Əmniyyətli idarəetmə haqqında (ISM) Beynəlxalq Məcəlləyə giriş” mövzusunda seminar keçirilib.

DenizXeber.az  Azərbaycan Dövlət Dəniz Akademiyasının saytına istinadən məlumat verir ki, 50-dək tələbənin iştirak etdiyi seminarı ASCO sədrinin müşaviri, uzun illər dənizdə çalışan, tanınmış kapitan Titos Giannakakis aparıb.

Seminar zamanı Məcəllələnin gəmiçilik şirkətlərində, limanlarda, gəmilərdə və digər özü hərəkət edən qazma qurğularında tətbiqinin aspektləri barədə tələbələrə geniş məlumat verilib.

İnteraktiv formada aparılan seminarda tələbələrin sualları cavablandırılıb, fikirləri dinlənilib.