Домой Dünyada Antalyada 3600 yaşlı batmış gəmi hər kəsi heyrətləndirdi

Antalyada 3600 yaşlı batmış gəmi hər kəsi heyrətləndirdi

30
0

Antalya sularında içində mis külçələr olan və miladdan əvvəl 1600-cü illərə aid edilən 14 metrlik batmış gəmi aşkara çıxarılıb.

Antalya sularında içində mis külçələr olan və miladdan əvvəl 1600-cü illərə aid edilən 14 metrlik batmış gəmi aşkara çıxarılıb.

  Antalya valisi Münir Karaloğlu şəhərin Yat limanında təşkil edilən mətbuat konfransında məlumat verərək bildirib:

  “Sualtı arxeologiyaya yeni cığır açacaq bir nemət ortaya çıxıb.

  Kəmər qəsəbəsində Akdeniz Universiteti Sualtı Araşdırmalar Mərkəzinin fəaliyyəti nəticəsində şəhərin qərbində batmış gəmi tapılıb. Buna “Qərbi Antalya badığı” adı verildi.

  Bundan əvvəlki ən qədim batmış gəmi də yenə Antalyada tapıldı: Uluburun adlandırılan bu gəminin bizim eradan əvvəl 1400-ci ilə aid olduğu fərz edilir. Oradan çıxarılan tapıntılar Bodrum Sualtı Əsərlər Muzeyində sərgilənir.

  Bu batmış gəmi isə Uluburundan 200 il daha qədimdir. Eramızdan əvvəl 1600-ci illərə aid bir batmış gəmi. Söhbət 3600 yaşlı bir gəmidən gedir. Gəminin uzunluğu 14 metr, daşıdığı mis külçələrin ağırlığı isə 1,5 tondur”.

  Türkiyədəki qurudakı arxeoloji qazıntılar nəticəsində Göbeklitepe “tarixin sıfır nöqtəsi” qəbul edildi.

  Qərbi Antalya batmış gəmiləri su altının Göbeklitepesidir.

  Kipr mədənlərindən çıxarılıb gəmiyə yülklənən mis yüklü gəminin Girit (Krit) və ya Egey dənizi sahillərindəki bir limana gedərkən fırtınada batdığı güman edilir.

  12-14 metr hündürlüyü olan gəminin standart Tunc dövrü ticarət gəmisi olduğu bildirilir”.

ОСТАВЬТЕ ОТВЕТ

Please enter your comment!
Please enter your name here