İyirmi beş il əvvəl Estoniyadan İsveçə hərəkət edərkən qəzaya uğrayan gəmi ilə əlaqədar məhkəmə prosesi aprelin 12-də Fransada başlayıb.
AZƏRTAC xəbər verir ki, “Estoniya” gəmisinin 1994-cü ildə qəzaya uğraması nəticəsində 852 sərnişin və gəmi heyəti həlak olub. Bu qəza “Titanik” faciəsindən sonra ən dəhşətli gəmi qəzası kimi tarixə düşüb. Ötən dövrdə bu qəza ilə bağlı demək olar ki, araşdırma aparılmayıb. Hətta belə bir araşdırmanın aparılması qadağan olunub. Bu qəzanın araşdırılmasına Skandinaviya ölkələri hökumətlərinin mane olduğu bildirilir.
Hadisədən 25 il sonra yenidən yaradılan komissiya gəmidə avtomobillərin saxlanıldığı hissədə nasazlığın olduğunu müəyyənləşdirib. Gəminin səfərə yararlı olması barədə təminat verən Fransanın “Veritas” şirkəti da məhkəmə prosesinə cəlb edilib.
Qəzadan xilas olan və ölənlərin yaxınları məhkəmənin qərarını gözləyirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır