Домой Dünyada Qazaxıstan İran limanlarında 2 logistika mərkəzi tikəcək

Qazaxıstan İran limanlarında 2 logistika mərkəzi tikəcək

22
0

Qazaxıstan İran limanları vasitəsilə Fars körfəzi ölkələrinin bazarlarına öz mallarının daşınmasını artırmaq niyyətindədir. İran Bəndər-Abbas və Əmirabad limanında Qazaxıstana logistik mərkəzin tikintisi üçün ərazi ayırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan XİN nümayəndəsi məlumat yayıb.

Tehranda iki ölkənin rəsmi nümayəndələri arasında ticarət və iqtisadi əməkdaşlığın vəziyyəti, perspektivləri, xüsusən tranzit-nəqliyyat potensialının inkişafı, kənd təsərrüfatı məhsullarının idxal və ixracı müzakirə edilib.

Qazaxıstan XİN-in məlumatına görə, 2018-ci ildə Qazaxıstanla İran arasında ticarət dövriyyəsi 516,3 milyon dollar təşkil edib (ixrac 426,76 milyon dollar, idxal isə 89,54 milyon dollar).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

ОСТАВЬТЕ ОТВЕТ

Please enter your comment!
Please enter your name here