Домой Dünyada Almaniyada boru kəməri və maye qaz tədarükçüləri arasında kəskin rəqabət gedir

Almaniyada boru kəməri və maye qaz tədarükçüləri arasında kəskin rəqabət gedir

19
0

Almaniyaya boru xətti ilə Hollandiya, Norveç və Rusiyadan qaz tədarük edən “Wintershall” şirkəti “Şimal axını-2” qaz kəmərinin tikintisində də iştirak edir. Bu səbəbdən həmin şirkət maye qaz tədarükçülərini öz rəqibi kimi görmək istəmir.

AZƏRTAC xəbər verir ki, bu şirkət uzun müddətdir ki, təbii maye qaz əleyhinə mətbuatda dərc olunan məqalələrə gizli sponsorluq edir. Bu yazılarda həmin yanacaq növünü qaralayan və əhəmiyyətini azaldan iddialar yer alır.

İndi isə “promotion” taktikası ilə təqdim edilən qazabənzər və mavi yanacağın maye formalarının ikisinin də birlikdə istifadə olunacağı ilə bağlı ideya ortaya atılıb. Bu günlərdə yayılmış sənəddə bildirilir ki, ölkənin qazla təchizatı həm boru kəmərləri, həm də dənizdən tankerlər vasitəsilə həyata keçirilə bilər. Şirkət yazır ki, boru kəməri və ya maye qaz terminallarından hər hansı əlavə idxal imkanlarını alqışlayır. Eyni zamanda, “Wintershall” özünü maye qazla bağlı eyham vurmaqdan da saxlaya bilməyərək əlavə edib ki, mövcud olan idxal terminallarının aşağı yükləmə həcmi ilə bağlı maye qaz layihələrinə əlavə sərmayələr qoyulacağından şübhəlidir.

Bütün hallarda, maye qazın Almaniyanın qaz bazarında özünə tam yer tapacağını zaman göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

ОСТАВЬТЕ ОТВЕТ

Please enter your comment!
Please enter your name here