İstanbulda gəmi yanır

39

İstanbulun Tuzla rayonunda gəmilərdən birində yanğın başlayıb. Trend-in məlumatına görə, yanğın quru yük daşıyan gəmidə qeydə alınıb.

Hazırda hadisə yerinə yanğınsöndürənlər cəlb edilib, ərazi nəzarətə götürülüb.

Xəsarət alan yoxdur.

Yanğının baş vermə səbəbi hələ məlum deyil.